Bu il Ukraynanın qələbəsi üçün həlledici olacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Helsinkidə səfərdə olan Ukrayna Prezidenti Vladmir Zelenski finlandiyalı həmkarı Saul Niinistö ilə mətbuata birgə açıqlamasında deyib.
“Mən inanıram ki, bu il bizim üçün, Avropa və Ukraynanın qələbəsi üçün həlledici olacaq”, - o bildirib.
Saul Niinistö isə Finlandiyanın Ukraynaya “Hornet” qırıcıları göndərməsinin mümkünlüyü ilə bağlı suala cavabında bildirib ki, Finlandiyanın əlindəki təyyarələr köhnədir, onların modernzasiyası yenicə tamamlanıb və bu təyyarələrə Finlandiyanın özünün təhlükəsizliyini təmin etmək üçün ehtiyacı var.
Zelenksi Finlandiya Prezidenti Niinistö ilə görüş zamanı Helsinkinin Ukraynaya 15-ci yardım paketinin çatdırılmasının sürətləndirilməsi ilə bağlı razılıq əldə edildiyini vurğulayıb.
Bizim.Media