Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünü qeyd etmə mərasimində iştirak etmək üçün Ankaraya gəlib.
Bizim.Media xəbər verir ki, spiker onun üçün ayrılan avtomobildən telefonu ilə Ankaranın görüntülərini çəkib.
Xatırladaq ki, Türkiyə soyqırım iddialarına görə Ermənistan üçün hava məkanını bağlayıb. Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti üçün isə məkan bir müddət açıq saxlanılıb.
Bizim.Media