Türkiyədə son 24 saat ərzində 125 min 716 test aparılıb. Nəticədə 9 193 yoluxma, 621 koronavirus xəstəsi təsbit edilib.
Bizim.Media Haberler.com-a istinadən xəbər verir ki, bu gün həyatını itirən 71 nəfər ilə birlikdə ölənlərin sayı 28 503-ə yüksəlib.
Səhiyyə Nazirliyi bildirir ki, son gün ərizndə 8 min 938 nəfər sağalıb.
Ümumi test sayı 33 milyon 65 min 377-yə, yoluxanların sayı 2 milyon 693 min 164-ə, ölənlərin sayı 28 min 503-ə, ağır xəstələrin sayı 1187-ə, sağalanların sayı 2 milyon 565 min 723-ə çatıb.
Bizim.Media
