Gerasimov niyə gəlib?
Rusiyanın KTMT-nin ənənəvi toplantısında yüksək vəzifəli hərbçisilə təmsil olunması Azərbaycanın ictimai-siyasi rəyində suallar yaradıb. Çünki İrəvan sammitinə qədər Rusiya adətən, KTMT-nin iclaslarında daha aşağı ranqlı rəsmilərlə qatılırdı. Cəbhə xəttində gərginliyin davam etdiyi vaxt Kremlin Valeri Gerasimovu Ermənistana göndərməsi mesaj kimi qəbul olunur. Bildirilir ki, qərargah rəisi Ermənistana təsadüfən göndərilməyib, bu Ermənistanla bağlı Rusiyanın yeni hərbi planının tərkib hissəsidir. Toplantıdan sonra Gerasimovla rəsmi İrəvan arasında Rusiyanın Ermənistandakı Silahlı Qüvvələrinin və hərbi texnikalarının sayının artırılmasının müzakirə olunacağı da gələn məlumatlar arasındadır. Qeyd olunur ki, gələn il NATO və ABŞ-ın Şərqi Avropadakı hərbi qüvvələrinin sayının artırılmasına cavab olaraq, Rusiya “Cənubi Qafqazda Təhlükəsizlik”x9d strategiyasına uyğun olaraq Ermənistanda yeni hərbi baza qurmaq, canlı hərbi qüvvələrinin və zirehli texnikalarının sayının artırması barədə qərar qəbul edib. “S-300”x9d zenit-raket, qitələrarası raket komplekslərinin və “İskəndər M”x9d raketlərinin bölgədə yerləşdiriləcəyi də deyilir. Bu məqsədlə Gerasimov Ermənistanda bazanın yaradılması və raket komplekslərinin yerləşdirilməsi üçün təklif olunan bölgələrə baxış keçirəcək.
Rusiya bölgəyə qoşun göndərir?
Gerasimovun səfərinin Azərbaycanla bağlı iddia olunan tərəfi onunla əlaqədardır ki, Ermənistan hökuməti Dağlıq Qarabağda Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi üçün Kremlə müraciət edib. Səfərdə bu məsələnin də müzakirə mövzusu olacağı bildirilir. Gələn məlumatlara görə, səfər çərçivəsində bu məsələ detallarıyla müzakirə olunacaq. Ekspertlər indiki halda Rusiyanın buna getməyəcəyini bildirsələr də, ABŞ və Türkiyənin Azərbaycanda artan nüfuzuna cavab olaraq, belə bir qərar verəcəyini də istisna etmirlər. Bildirilir ki, Dağlıq Qarabağətrafı rayonların Azərbaycana qaytarılması ehtimallarının yüksək olduğunu görən Ermənistan rəhbərliyi həmin əraziləri nəzarətdə saxlamaq üçün Rusiya hərbi qüvvələrinin Xankəndində yerləşdirilməsinə çalışır. Çünki aprelin əvvəlində 4 günlük müharibədə bir sıra strateji əhəmiyyətli, xüsusilə Xankəndini tam nəzarətdə saxlayan yüksəkliklər Azərbaycan ordusu tərəfindən azad olunub.
“Rusiya Ermənistan üçün böyük xərclərə getməyə hazırdır”x9d
REAL Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımlı “Cümhuriyət”x9də Gerasimovun səfərinin Azərbaycana ünvanlanmış mesaj olduğunu düşünmədiyini deyib. A.Qasımlının sözlərinə görə, bu Ermənistanla Rusiya arasındakı əlaqələrin strateji olduğundan xəbər verir:



“Bu, həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında həyəcanlı hadisələrin baş verməsinin ifadəsidir. Vəziyyətin gərgin olduğu vaxt belə addımların atılması həm də ondan xəbər verir ki, baş verən proseslər ciddidir. Görünür, Rusiya Ermənistan ordusunu gücləndirmək haqqında düşünür. Əvvəllər də bu haqda məlumatlar var idi. Bildirilir ki, Rusiya Ermənistana yeni qırıcı təyyarələr vermək istəyir. Hər-halda Ermənistanla Rusiya arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Kreml Ermənistanın bölgədə sıxışdırılmasını, itirmək istəmir. Ermənistana daha müasir, daha təkmilləşdirilmiş hərbi texnikanın verilməsi üçün böyük xərclərə getməyə hazırdır. Bu barədə qərar da verilə bilər”x9d.
“Gerasimov alovun üstünə su tökməyə gedir”x9d
Hərbi-ekspert Ramil Məmmədli “Cümhuriyət”x9də bildirib ki, Rusiya - Türkiyə gərginliyinin başlamasından sonra Ermənistan Kreml üçün öz əhəmiyyətini artırdı. R.Məmmədliyə görə, bundan sonra Rusiya Ermənistandakı Gümrü bazasını daha da gücləndirilməyəə başladı:
“Aprelin 2-dən Ermənistanla Azərbaycan arasında baş verən silahlı qarşıdurmadan sonra bir sıra məsələlərə aydınlıq gətirilməliydi. Bu baxımdan Rusiya Silahlı Qüvvələrinin ikinci şəxsi hesab olunan Gerasimovun İrəvana səfəri təəccüblə qarşılanmamalıdır. Digər yandan Ermənistan Türkiyə, İran və Azərbaycan arasında yerləşir. Rusiya da özü yaratdığı respublikanın təhlükəsizliyinin təmin olunması üçün zəruri olan bütün addımları atır. Proses bundan sonra da davam edəcək. Paralel olaraq, aprelin 2-5 tarixlərində baş verənlərdən sonra Ermənistanda anti-Rusiya ab-havası yarandı. Səfər bu baxımdan, bu ab-havanı yatırmaq, həmçinin Rusiyanın Azərbaycana silah satması barədə İrəvanın narazılıq alovunun üzərinə su tökmək xarakteri daşıyır. Gerasimovun Ermənistan rəhbərliyini sakitləşdirməsi Rusiyaya lazımdır”x9d.