“Biz heç vaxt millətimizi tək qoymamışıq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin ətraf və iqlim naziri Murat Kurum deyib.
O bildirib ki, xalq da daim hakimiyyətin yanında olub:
“Biz Antalyada yanğınlar baş verəndə də xalqımızın yanında olduq. Biz heç manipulyasiyalara təslim olmadıq”.
Nazir qeyd edib ki, o, 5 illik fəaliyyəti dövründə 81 vilayətin hər birində olub:
“500-ə yaxın səfərim olub. Nazirlikdə demək olar ki, olmamışam. Dediyim kimi, həmişə xalqımızın yanında olmuşuq”.
M.Kurumun sözlərinə görə, iqtidar bütün çətinliklərin öhdəsindən xalqın dəstəyi nəticəsində gəlib.
Bizim.Media