Pandemiyanın yeni dönəminə daxil oluruq.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
O bildirib ki, yeni mutasiyalar olmasa yumşalma tədbirləri daha sürətli həyata keçirilə bilər.
“Bu səbəbdən pandemiyanın yeni dönəminə - üçüncü dalğa yarana biləcəyi dönəmə daxil oluruq. İngiltərədən qaynaqlanan mutasiyalı virus daha aqressivdir və ilk virusun yerini alacaq.
Üçüncü dalğanın bütün Almaniyada qapanmaya səbəb olmaması üçün daha diqqətli davranmalıyıq”,- deyə Merkel bildirib.
Bizim.Media