Türkiyə və Misir xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sami Şükri Ankarada görüşüblər.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında diplomatik münasibətlərin tam bərpası, həmçinin birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Görüşdən sonra mətbuata açıqlama verən Mövlud Çavuşoğlu deyib ki, bundan sonra Liviya mövzusunda daha sıx formada əməkdaşlıq olacaq. Sami Şükri isə Misirin Türkiyə ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu bildirib.
Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı ilə ölkənin yerli avtomobili olan “Togg”la nazirliyin rəsmi iqamətgahında təşkil edilən iftar süfrəsinə gedib.
Bizim.Media