Səddam Hüseynin qızı 15 ildən sonra atasının SİRRLƏRİNİ AÇDI

Edam edilən İraq lideri Səddam Hüseynin qızı Raqad 15 illik sükutdan sonra əlcəzairli jurnalistə müsahibə verib.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, müsahibə Səudiyyə telekanalında yayımlanıb və dərhal sensasiyaya çevrilib. Raqad Səddam Hüseyn atasının imicini bərpa etməyə çalışıb.

Siyasi analitiklər bunun Səudiyyə səlahiyyətlilərinin planının bir hissəsi olduğuna deyiblər.

 

MÖVZU İLƏ BAĞLI:

Səddam Hüseyn müamması davam edir


Raqad Səddam Hüseyn heç vaxt siyasi xadim olmayıb. O,15 il müddətində heç bir kanalda görüntülənməyib və medianın diqqətini çəkməyib. 

Raqad Səddam Hüseyn Əlcəzairli aparıcı Sahib Shreyer ilə atası və İraq xatirələri haqqında söhbətləşib.

Raqad Səddam Hüseyn müsahibə zamanı atasının hakimiyyətini necə xatırladığından söz açıb. O,atasının hakimiyyəti zamanı İraq vətəndaşlarının daha yaxşı yaşadığına əmindir.

“Bizim dövrümüzdə daha yaxşı idi, xalqın hörmətlə qarşılandığı və heç kimin onları incidə bilmədiyi şərəfli bir dövr idi. İnsanlar uşaqlarının təhlükəsiz olduğuna və dolanışıqlarını təmin etdiyinə inandılar ”, - deyə Səddam Hüseynin qızı qeyd edib.

Bu sözlərdən sonra jurnalist həmsöhbətinə o dövrdə ölkədə azadlığın olmadığını xatırladıb. Ragad Səddam jurnalistin bu fikrini belə cavablandırıb.

“Azadlıq nədir? Mənə deyin.  Bu gün İraqda baş verənləri diktatura ilə mübarizə və demokratiya qurmaq şüarı altında işğalçı qüvvələrin ixtilaf və xaos gətirdiyini azadlıq hesab edirsiniz? Bu azadlıqdırsa, iraqlıların belə azadlığa ehtiyac yoxdur. Xalqdan soruşun“.

O, demək olar ki, Bağdadda hər gün partlayışların olduğunu bildirib. “Artıq insanlar gələcəyindən əmin deyillər, bu demokratiyanın zəfəri sayıla bilməz”.

Edam olunan İraq başçısının qızlarının siyasətdəki iştirakına əsla müdaxilə etmədiyini deyən Raqad, siyasətlə heç vaxt  maraqlanmadığını da vurğulayıb.

“Ancaq ABŞ-ın İraqa işğalı və atamın həbsi onu qorumaq üçün məni siyasətin mərkəzində olmağı və onu ləkələmək istəyənlərlə müqavimət göstərməyə məcbur etdi. İranlılar rəsmi hökumətin olmadığı bir zamanda İraqı ələ keçirdi və ölkəni asan bir şikara çevrildi".

"Onlara ciddi bir müqavimət göstərən olmadı və bu səbəbdən İranın müdaxiləsi həddindən artıq geniş miqyas aldı”.

Qeyd edək ki, Raqadın müsahibədən sonra bəzi siyasi analitiklər Səddam Hüseynin qızının artan siyasi çəkisi barədə danışmağa başlayıblar. Eyni zamanda, bəziləri, Səudiyyə Ərəbistanının İranın müdaxiləsinə qarşı mübarizədə bütün qüvvələri birləşdirməyə çalışdığını da deyiblər. 

Xatırladaq ki, Səddam Hüseyn 1979-cu ildən 2003-cü ilə qədər İraqın başçısı olub. ABŞ qoşunları ölkəyə daxil olduqdan sonra onun rejimi devrilib və o, 2006-cı ildə İraq Ali Məhkəməsinin hökmü ilə edam edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arif Məhərrəmov vəfat etdi - FOTO

Arif Məhərrəmov vəfat etdi - FOTO

Yeni tədris ilinin başlanması ilə bağlı DYP-dən MÜRACİƏT

Yeni tədris ilinin başlanması ilə bağlı DYP-dən MÜRACİƏT

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı - VİDEO

Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı - VİDEO

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

End of content

No more pages to load

RADİO