Almaniyanın qərbində yerləşən Düsseldorf şəhərində şənbə günü axşam keçirilən türk toyu zamanı 50-dən çox insan zəhərlənib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.
Mənbə onların dəm qazından zəhərləndiyini qeyd edib.
Ümumilikdə şənlikdə 150-200 nəfər iştirak edib. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.
Bizim.Media