Çin hakimiyyəti Fransa prezidenti Emmanuel Makronu Pekinə səfəri zamanı müşayiət edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə əslində məhəl qoymayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Parlamentinin keçmiş deputatı, Vətənpərvərlər Partiyasının lideri, ifrat sağçı Florian Filippo Twitter-də yazıb.
“Çin lideri onu layiqincə qəbul etmədi, sanki iqnor etdi. Leyen hətta ölkəni adi reyslə tərk etdi! Çox qəzəblənib" - mesajda deyilir.
Bizim.Media