İranda son sutkada 8 270 nəfər koronavirusa yoluxub, 73 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
O bildirib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 59 736 , xəstəliyə yoluxanların sayı isə 1 milyon 598 min 875 nəfərə çatıb.
İranda bu günə kimi 1 milyon 365 min 253 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
“Covid-19”a yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 705 nəfərin vəziyyəti ağırdır.
Bizim.Media