Bu gün Livandan İsrail ərazisinə edilən raket hücumunun detalları məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Qərbi Qaliley bölgəsində ilkin araşdırma zamanı Livan ərazisindən İsrail ərazisinə atılan 34 raket aşkarlanıb. 25 raket İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Beş raket İsrail ərazisinə düşüb. Dörd əlavə raketə gəlincə, onların yeri barədə məlumat dəqiqləşdirilir”, - deyə məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, bu məlumat yekun göstəricələri əks etdirmir.
Bizim.Media