“İsrail təhlükəsizlik qüvvələrinin Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərə qarşı başlatdığı əməliyyatları qəti şəkildə qınayırıq”.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib.
“Fələstinli müsəlmanlar Əl-Əqsa məscidinə daxil olmaq hüququndan istifadə edərək Ramazan duası üçün toplaşarkən, İsrail hakimiyyəti onlara qarşı açıq-aşkar və əsassız güc tətbiq edib.
Nəticədə ən azı 31 fələstinli binanın içərisində və xaricində yaralanıb”, - deyə o qeyd edib.
Albaneze həkimlərin yaralılara tibbi yardım göstərməsinə icazə verilmədiyini iddia edib.
Bizim.Media