İsveç hökuməti Ankaranın terrorda ittiham etdiyi 50 yaşlı kişini Türkiyəyə təhvil verməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçin TT agentliyi məlumat yayıb.
Məlumata görə, şübhəli şəxsin İsveç vətəndaşı olması əsas gətirilərək bildirilib ki, bu səbəbdən o, ekstradisiya edilə bilməz.
Eyni zamanda Ankara həmin şəxsin Türkiyədə silahlı terror təşkilatının üzvü olduğunu iddia edir.
Qeyd edilib ki, ekstradisiya tələbi hələ 2022-ci ilin noyabrında daxil olub.
Bizim.Media