Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın internet saytı haker hücumuna məruz qalaraq bloklanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə saat ərzində sayta giriş mümkün olmayıb, əsas səhifədə isə saytın təmirdə olduğu yazılıb.
Məlumata görə, hücumun Fransanın Ukraynaya dəstəyinə cavab olduğu bildirilib. Kiberhücuma görə məsuliyyəti rusiyayönlü “NoName” haker qrupu öz üzərinə götürüb.
Qeyd edək ki, “NoName” Ukraynanı dəstəkləyən ölkələrdə, o cümlədən Qərbi Avropada fəaliyyət göstərən qurumları hədəf alan rusiyayönlü haker qrupudur.
Bizim.Media