Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsIOM) növbəti dəfə sorğu keçirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, nəticələrə görə rusiyalıların 79,3 faizi Prezident Vladimir Putinə güvənir.
Belə ki, dövlət başçısının fəaliyyətinin bəyənilmə səviyyəsi 77 faiz təşkil edib.
Baş nazir Mixail Mişustinin işini respondentlərin 53,5 faizi bəyənib, 63,1 faizi isə ona etimad göstərir.
Qeyd edək ki, Rusiyada müxalifət partiyaları arasında ən böyük nəticəni Rusiya Federasiyası Kommunist Partiyası qazanıb.
Belə ki, bu partiyanın Mərkəzi Komitəsinin sədri Gennadi Zyuqanova etimad səviyyəsi 33,2 faiz təşkil edib.
Bizim.Media