Egey dənizində bu gün axşam saatlarında fırtına ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya 2-ci Region Müdirliyinin Proqnoz və Erkən Xəbərdarlıq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 6-8 (50-75 km/saat) gücündə olacaq fırtınanın 18 mart tarixində axşam saatlarından sonra zəifləyəcəyi gözlənilir.
Mərkəz dənizçilərə və yerli əhaliyə dəniz nəqliyyatında fasilələr yarana biləcəyi ilə bağlı da xəbərdarlıq edib.
Bizim.Media