Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ABŞ-ın ən mötəbər konsert zallarından olan “Carnegie Hall”da keçirilən “Florida Keys” beynəlxalq musiqi müsabiqəsində pianoçu Jude Fradillada Azərbaycan bəstəkarı Cahangir Zülfüqarovun fortepiano üçün “Ağ alma” və “Sarı gəlin” musiqi fantaziyalarını ifa edib.
Bizim.Media xəbər verir ki, pianoçunun “Sarı gəlin” ifası bəyənilib.
Jude Fradillada Cahangir Zülfüqarovun əsərinin ən yaxşı ifası və Azərbaycan musiqisinin xaricdə tanınmasına görə xüsusi mükafat-dimplomla təltif olunub.
Bizim.Media