ABŞ-ın Ticarət Nazirliyi Çinin ZTE telekommunikasiya şirkətinə İrana ixracat məhdudiyyətlərini pozduğu üçün sanksiya tətbiq edib.
Bu haqda İranın "Tesnim" agentliyi məlumat yayıb.
Bu sanksiyaya əsasən, ZTE-nin müştəriləri hər çeşid cihaz satışı ilə bağlı ABŞ-dan lisenziya almalıdır.
Məlumata görə, Ticarət Nazilriyi gələn həftə məsələ ilə bağlı qərarı yayımlayacaq.
ABŞ-da mobil telefon istehsalı ilə də məşğul olan Çin şirkətinin Honq-Konq və Şençjene də satışı təxirə salınıb.("Report")