ABŞ-ın Texas ştatının Navasota şəhərinin hava limanında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub.
“ABC13”x9d televiziya kanalı yerli polisə istinadən verdiyi məlumata görə, təyyarə yerə enərkən qəzaya uğrayıb.
Hadisənin qurbanları bortda olan iki nəfər böyük və iki uşaq olub. Ölənlərin şəxsiyyəti və qəza səbəbləri müəyyən edilir.
Ramil Həsənli