Ukrayna hökuməti rusiyalı iş adamlarının Sumı vilayətindəki müəssisələrinin ümumi dəyəri 3,85 milyon ABŞ dolları olan əmlakına həbs qoyub.
Bizim.Media TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə Ukrayna Baş Prokurorluğunun ofisi məlumat yayıb.
Məlumata görə, Sumı Vilayət Prokurorluğu Rusiyanın addımlarını maliyyələşmək ittihamları ilə biznes qurumlarına qarşı yeddi cinayət işi açıb. Həmçinin Ukrayna Baş Prokurorluğunda həbsdə olan əmlakı müsadirə etmək üçün işlər görülür.
Bizim.Media