Rusiya və Türkiyə arasında Suriyadakı münaqişə səbəbindən “isti müharibə”x9d başlaya bilər.
Oxu.Az “5 kanal”x9da istinadən xəbər verir ki, bu fikri Avropa İttifaqının baş diplomatı Federika Mogerini bildirib.
Bəyanatlar ABŞ və Rusiyanın hazırladığı qətnamələrə baxmayaraq, Suriya münaqişəsinin terroçulardan başqa bütün tərəfləri üçün səslənib. Türkiyə hakimiyyəti, amma onun müsbət tətbiqinə dair optimizm olmadan bu planı dəstəkləyib.
“Biz hər zaman Suriyadan dolayı obyekt, regional oyunçular arasında vasitə kimi danışırıq. Daha böyük bir şeyin yaranması riski mövcuddur. Və mən “soyuq müharibə”x9d nəzərdə tutmuram. xa0Söhbət “isti müharibədən”x9d gedir.
Və mütləq olaraq Rusiya və ABŞ arasında deyil, həm də Rusiya və Türkiyə arasında... bu baş verə bilər!
Və biz avropalılar bu vəziyyətdə gərginliyin qarşısını almaq və azaltmaqda birbaşa maraqlıyıq”x9d, - Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bildirib.xa0