Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Çavuşoğlu bu barədə özünün “Twitter“ hesabında paylaşım edib.
“G20 xarici işlər nazirlərinin görüşü üçün gəldiyimiz Yeni Dehlidə ilk görüşümüzü hindistanlı həmkarımla keçirdik. “Dost üçün əməliyyat” adı altında ölkəmizə verdikləri kömək və humanitar dəstəyə görə onlara təşəkkür etdik”, – deyə türkiyəli nazir qeyd edib.
Bizim.Media