Türkiyənin CHP partiyasının (Cümhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğluna yeni müşavir təyin edilib.
Bizim.Media-nın məlumatına görə, Azərbaycan və Türk Dünyası ilə bağlı bir çox QHT-lərin yaradılmasında iştirak edən və uzun illər bu sahədə çalışan Mehmet Qıyas Azəritürk CHP sədrinə Türk Dünyası və Qohum Topluluqlar üzrə müşavir (məsul məsləhətçi) təyin edilib.
Qeyd edək ki, əslən Azərbaycan türkü olan Mehmet Qıyas Azəritürk uzun illərdir Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili müşaviri kimi fəaliyyət göstərir.
Aygün İbrahimli, Bizim.Media