Rusiya qoşunu Türkiyəni əhatəyə alır...

Rusiya mətbuatı Türkiyənin Suriya ilə sərhədə zirehli hərbi texnika topladığını yazır.

Sərhəddə hər 300-500 metrdən bir Türkiyə silahlı qüvvələrinin postları yerləşdirilib.

Sərhədin Suriya tərəfindəki kürd silahlıları sərhəd xəttinə doğru hərəkət etməyə çəkinirlər. Onlar türklərin atəş açacağından ehtiyatlanırlar.

Son məlumatlara görə, Rusiya hərbi manevrləri davam etdirir və qoşunlar Türkiyə istiqamətində cəmlənir.

Bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin qəfil əmri ilə Cənubi hərbi dairəsinin, Xəzər və Qara dəniz donanmalarının, əlahiddə desant diviziyalarının hərbi hazırlığının yoxlanılması rəsmən fevralın 12-də başa çatsa da manevrlərin hələ davam etdiyini, qoşunların Türkiyə istiqamətində cəmləşdirildiyi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, f evralın 12-dən bu günə, 22-nə qədər olan məlumatlara əsasən Rusiya cənub istiqamətində bütün hərbi bazalarında döyüş hazırlığını yoxlayıb.

Bura Ermənistandakı 102-ci hərbi baza və onun aviasiya hissəsi olan Erebuni hava bazası, separatçı Abxaziya və Cənubi Osetiyada dislokasiya olunmuş qüvvələr, habelə Çeçenistan, Dağıstan və Krımdakı qoşunlar, Xəzər və Qara dəniz donamaları daxildir.

Rusiya ordusunun bu manevrləri Türkiyə ilə Səudiyyə Ərəbistanının Suriyaya quru müdaxiləsi hazırlıqları barədə xəbərlərin yayıldığı, habelə Ukraynada növbəti siyasi qeyri-stabillik əlamətlərinin özünü göstərdiyi bir vaxtda baş verir.

Həmin bazalardakı piyada bölmələri dağlarda döyüş təlimi keçib, artilleriyaçılar atəşin korrektə edilməsini təmin edən müasir vasitələrdən istifadə etməklə atışlar edib. Bu dövrdə, ötən şənbə günü İrəvan yaxınlığındakı Erebuni hava bazası 4 MiQ-29S qırıcıları və vertolyotlarla gücləndirilib.

Abxaziyada S-300 zenit-raket komplekslərindən də istifadə olunmaqla uzaqvuran sistemlərlə təlimlər keçirilib. Krımda və Xəzər sahilində dəniz piyadaları da poliqonlara yeridilib. Habelə Xəzərdə batmış sualtı qayığın axtarışı üzrə manevrlər keçirilib.

Qəfil manevrlərin başa çatmasının elan edilməsindən üç gün sonra-fevralın 15-də zərbə ordu aviasiyasının təlimləri başlayıb. Çeçenistandakı əlahiddə vertolyot polku döyüş maşınlarının Gürcüstan və Ukrayna ilə sərhəddəki aerodromlara “atılmasını”x9d sınaqdan keçirib.

Krımda Mi-28 döyüş vertolyotlarının və Su-25 bombardmançılarının iştirakı ilə yerüstü hədəflərin vurulması təlimləri olub.

Pilotlar şərti düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün “radardan aşağıdan”x9d - 5 metrə qədər hündürlükdən uçublar. Habelə Qərb hərbi dairəsindən minlərlə desantçı Ukrayna yaxınlığındakı poliqonlara göndərilib.

Manevrlər çərçivəsində Rusiya özünün nüvə qüvvələrini də yoxlayıb. Sibirdəki raket diviziyonları “Topol”x9d qitələrarası ballistik raketləri ilə şərti raket zərbələrini sınaqdan keçiriblər.

Eyni vaxtda Cənub və Qərb hərbi dairələrinin radiasiya, kimyəvi və biloji hücumdan müdafiə qoşunları şərti düşmənin kimyəvi silah hücumuna qarşı təlimlər keçiriblər.

Ukraynanın “Defence Express”x9d konsaltinq şirkətindən hərbi ekspert Sergey Zqurtsa deyib ki, Pskovdan tutmuş Ermənistana qədər Rusiya qoşunlarının manevrləri Türkiyəyə qarşı yönəlib.

“Söhbət ondan gedir ki, manevrlərin başa çatmasından sonra qoşunlar həmin regionda mövqe tutacaqlar.2008-ci ildə Gürcüstana qarşı müdaxilə ərəfəsində və 2014-cü ildə Donbassa qoşun yeridilməsi ərəfəsində də belə olmuşdu”x9d-ekspert deyib.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO