Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, nazirin Bakıda ölkə başçısı tərəfindən qəbul ediləcəyi, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla da danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Lavrov ölkə rəhbərliyi ilə görüşlər zamanı ikitərəfli məsələlərin bütün spektrini, aktual regional və beynəlxalq problemləri nəzərdən keçirəcək, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetirəcək.
Bizim.Media