“Böyük Yeddilik” (G7) ölkələri Ukraynaya 2023-cü il üçün 39 milyard dollar vəsait ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə G7 ölkələrinin Maliyyə Nazirliyi və Mərkəzi Bankların rəhbərləri tərəfindən qəbul edilmiş birgə sənəddə qeyd edilib.
“2023-cü il üçün, Ukrayna hökumətinin ehtiyaclarına əsaslanaraq, biz büdcə və iqtisadi dəstək öhdəliklərimizi 39 milyard dollara qədər artırdıq”, - deyə sənəddə bildirilib.
Bizim.Media