Hatayda baş verən növbəti dağıdıcı zəlzələlər sonrası İskəndərun Dövlət Xəstəxanası ehtiyat tədbiri olaraq təxliyə edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Bizim.Media