Ukrayna Prezidenti Volodimir Zelenski avstriyalı həmkarı Aleksander Van der Bellen ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında humanitar əməkdaşlıq olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna rəhbəri özünün teleqram səhifəsində məlumat verib.
"Bu gün biz enerji, iqtisadiyyat, humanitar əməkdaşlığımız, Ukrayna icmalarının inkişafı məsələlərini - müharibə zamanı normal həyatı qoruyub saxlamağa və bərpa etməyə kömək edən bütün məsələləri ətraflı müzakirə etdik", - deyə Zelenski qeyd edib.
Qeyd edək ki, ikinci müddətə Avstriyanın Federal Prezidenti seçilmiş Aleksander Van der Bellen andiçmə mərasimindən sonra ilk səfərini Kiyevə edib. Onu bu səfərdə iqtisadiyyat naziri Martin Koxer və ekologiya naziri Leonore Qevessler müşayiət edirlər.
Bizim.Media