Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara bir funta (2 manat) satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, Qərbin sanksiyaları nəticəsində satışa çıxarılan şirkətin yeni sahibləri alman iş adamı Hakan Koç və onun əvvəllər telekommunikasiya sahəsi ilə məşğul olan biznes ortağı Pirros Kussios olub.
Qeyd edək ki, Abramoviçin şirkətinin yeni sahibləri işlənmiş avtomobillərin satışı ilə məşğul olurlar.
Bizim.Media