Avropanın İKİÜZLÜ SİYASƏTİ – “Sərhədimizə göndərilən missiya gərginliyi artıracaq”

“2023-cü ilin ilk günlərindən etibarən, Ermənistan KİV-də Avropa İttifaqının yeni missiyasının 221 nəfərlə və iki il müddətinə bölgəyə gələcəyi xəbəri tirajlanmağa başladı. Bu barədə ölkə başçısı yerli KİV-ə verdiyi müsahibədə də məlumat verdi. Lakin Aİ bu dəfə də sözügedən məsələdə Azərbaycanın rəyini soruşmadı və razılıq əldə olunmadı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Politoloq Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə göndərəcəyi missiyaya hazırlıqlara daha əvvəldən başladığını qeyd edib:

“Aİ-nin bölgə üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bölgəyə dünənki səfərinədək Aİ bu məsələni rəsmi təsdiq etməmişdi. Lakin dünən Paşinyanla keçirilən görüşdən sonra Aİ bunu rəsmi olaraq bəyan etdi və Stefano Tomatı da bu missiyaya rəhbər təyin etdi.

Görünən odur ki, Aİ bu məsələyə çoxdan hazır idi və yalnız müəyyən detallar var idi ki, bunları da T.Klaar Paşinyanla razılaşdırdıqdan sonra bu məlumat rəsmi surətdə açıqlandı”.
Müsahibimizin fikrincə, Aİ missiyasının göndərilməsinin əsas tərəfdarı Fransadır:

“Məqsəd isə Rusiyanın bölgədəki nüfuzuna xələl gətirməyə və Ermənistanı daha çox Qərbə yaxınlaşdırmağa hesablanıb. Lavrov da öz çıxışında missiyanın göndərilməsinin səhv addım olmasını, mütləq qaydada Azərbaycanla razılaşdırılmalı olduğunu və əks təqdirdə isə müəyyən çətinliklərin yarana biləcəyini bəyan etdi. Bu Ermənistan rəhbərliyinə ötürülən sətiraltı mesaj kimi qiymətləndirilə bilər. Sonuncu dəfə Paşinyan öz çıxışında məhz Praqa-Brüssel formatı əsasında Azərbaycanla sülh sazişini imzalmağa hazır olduğunu bildirmişdi.

Digər tərəfdən, 221 nəfər mülki şəxsin sərhədlərin delimitasiyası ilə necə məşğul olacağı bir qədər maraqlıdır. Özü də iki il müddətində.

Nəzərə alaq ki, ərazinin xəritələri Rusiyadadır. Azərbaycanın isə məsələdə razılığı yoxdur. Bu da missiyanın işinin qeyri-effektiv olacağı deməkdir. Eyni zamanda missiyanın tərkibində hərbçilərlə yanaşı, xüsusi xidmət orqanları əməkdaşlarının da olması ehtimal oluna bilər”.
Bəs, Azərbaycanla aktiv surətdə enerji diplomatiyası üzrə əlaqələr quran, vasitəçilik missiyasını icra edən Aİ tərəfindən sərgilənən bu münasibətin kökündə nə dayanır?

“Görünən odur ki, Aİ bir sıra komitələri arasında fikir ayrılığı mövcuddur. Məsələn Ursula Fon Der Leyen son çıxışında Azərbaycanı bölgədə strateji tərəfdaş adlandırsa da, AŞPA tərəfindən Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olunur.

Düzdür, bu qətnamələrin heç bir təzyiq və təsir etmə mexanizmləri yoxdur, lakin onların Ermənistanın mövqeyinə uyğun qəbul edilməsi də faktdır. Bu da öz növbəsində Aİ-nin bölgəyə nüfuz etməsinin məhz Ermənistan üzərindən mümkün ola biləcəyinə işarədir. Çünki, Azərbaycan bu cür faktların olduğu şəraitdə Aİ-nin vasitəçiliyini qəbul edə bilməz”.

Amid Əliyev əlavə edib ki, missiyanın bölgəyə gəlməsi Rusiya tərəfindən müəyyən ciddi addımların atılmasını labüd edəcək: 

“Məsələn, yaxın zamanlarda yerdə müəyyən aktivlik müşahidə edə bilərik. Rusiyanın rəhbərlik etdiyi KTMT kimi bir təşkilatın nüfuz dairəsində və forpost olan ölkədə Qərbin sürətlə möhkəmlənməsi Rusiyanı razı sala bilməz. Bu məqamda Rusiya Ermənistana qarşı müvafiq kartlardan istifadə edə bilər.
Azərbaycanın bu məsələdə siyasəti isə dəyişməz olaraq qalır. Sülh sazişi imzalanmalı, reinteqarsiya prosesi başılanmalı, sərhədlər müəyyən edilməli, anklavlar qaytarılmalı, separatçı xunta ərazilərimizi tərk etməlidir. Əks halda, Azərbaycan bu məsələləri qısa zamanda həll edəcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO