"İran rəsmilərinə qarşı sanksiyalar effektiv olacaq".
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə çıxışı zamanı bildirib.
"Biz Tehran rəsmilərinə iki çox aydın mesaj göndərməyi hədəfləyirik. Birincisi, "dünya sizə tamaşa edir", ikincisi isə, "lazımi addımları atmağa hazırıq" - deyə Prays qeyd edib.
Qeyd edək ki, dünən Vaşinqton İslam Respublikasının 10 rəsmisinə və SEPAH-ın Kooperasiya Fonduna qarşı sanksiya tətbiq edib.
Bizim.Media