Niderlandda PEGIDA adlı anti-islam təşkilatının lideri Edvin Vaqensveld Haaqa polisinin birbaşa nəzarəti altında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin vərəqlərini cırıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər təşkilatın Youtube kanalında yayımlanıb.
Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında “Stram Kurs” anti-islam partiyasının rəhbəri, ifrat sağçı siyasətçi Rasmus Paludan İslamı pisləyən çıxış edib, sonra isə Quran kitabını yandırıb.
Bizim.Media