Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün əlavə 45 milyon avro ayıracaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel verib.
Borel bildirib ki, müharibə başlayandan hərbi yardımın ümumi məbləği 49 milyard avroya çatıb.
“Avropa Sülh Fondundan Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşının ayrılmasına dair razılaşma əldə olunub”, - deyə Aİ rəsmisi qeyd edib.
Bizim.Media