"İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir. Müsəlmanların və ya digər dinlərin müqəddəslərini incitməyə heç kəsin haqqı yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
“NATO-ya müraciət baxımından bizdən yaxşılıq gözləməsinlər. Küçələrdə terror təşkilatlarını gəzdirəcəksiniz, o zaman bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin", - deyə Ərdoğan bildirib.
Bizim.Media