Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvanda səfərdə olan Aİ rəsmisi Paşinyanla regiondakı vəziyyəti müzakirə edib.
Görüşdə Aİ-nin yeni missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi də müzakirə olunub.
Qeyd edilib ki, bu, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə töhfə verəcək.
Tərəflər həmçinin, Laçın yolundakı vəziyyətə dair də fikir mübadiləsi aparıblar.
Bizim.Media