Yanvarın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüssel səfəri çərçivəsində NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Mirzoyan və Stoltenberq İrəvanla NATO arasında əməkdaşlığı müzakirə ediblər.
Tərəflər arasında regional məsələlər, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin Laçın yolundakı vəziyyəti də müzakirə ediblər.
Bizim.Media