İranın son şahının xanımı: “Başlarının bəlada olduğunu bilir, ləl-cəvahiratları götürmək istəyirlər” - FOTO

“İran hökumətinin sözçüsündən sonra Mərkəzi Bankdan şah ailəsinə məxsus ləl-cəvahiratlarının oğurlanmasından narahatam, çünki onlar rejimin dəyişə biləcəyini bilirlər və daş-qaşları götürmək istəyirlər”.

Bizim.Media xəbər verir ki, bunu Məhəmmədrza şah Pəhləvinin həyat yoldaşı Fərəh Diba son günlər İranda şahın özü ilə apardığı sərvətlərlə bağlı yayılan məlumatlarla bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, şah dövründə ancaq ailəyə və Pəhləvi nəslinə aid olan əşyaları bir yerdən başqa yerə aparmaq olardı, dövlətə məxsus olanlara bu şamil edilmirdi.

Fərəh Diba bununla bağlı şah dövründə ləl-cəvahiratlardan istifadə protokolunu misal gətirib.

“Rəsmi mərasim zamanı mən tac taxmalı olurdum. Bu zaman hansı tacı istədiyimi deyirdim. Bankda 4-5 nəfər yaxın adam taca baxıb ona aid sənədi imzalayardı. Bundan sonra mühafizəçilərlə birlikdə maşınla saraya gətirərdilər. Mən ondan müxtəlif mərasimlərdə istifadə etdikdən sonra yenə həmin mühafizəçilərlə banka aparılırdı. Orada da 4-5 adam tacı geri götürər, baxar, sonra banka qoyardılar”.


O, ümumiyyətlə, qiymətindən asılı olmayaraq, dövlətə aid əşyaların bir yerdən başqa yerə icazə ilə daşındığını vurğulayıb.

“Mən yeni tikilən xalça muzeyi ilə bağlı bir hadisəni xatırlayıram. Gülüstan sarayında olan xalçalardan birini muzeyə gətirmək istədim, onu hətta mənə vermədilər. Yəni icazə verilməli idi! Hər halda dövlətə aid olan əşyaları bir yerdən başqa yerə icazə ilə aparmaq olardı”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu günlərdə İran hökumətinin sözçüsü Əli Bahaduri-Cahormi “Twitter” səhifəsində İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ölkəni tərk edərkən İrana məxsus 35 milyard dolları, 384 çamadan ləl-cəvahiratı, brilyantı, 5 min brilyant olan 2 tacı, 50 ədəd zümrüdü və 368 mirvarini özləri ilə apardığını iddia etmişdi.

Fərəh Diba şahidlərin həmin ləl-cəvahiratın ötən bu illər ərzində Mərkəzi Bankda olduğunu təsdiqlədiyini vurğulayıb.

“Əlbəttə, bütün bu illər ərzində yüz minlərlə insan gedib bu daş-qaşları görüb. Hətta biz çıxanda belə “Keyhan” qəzetində hər şeyin yerində olduğu barədə yazmışdılar”, - deyə o bildirib.
Fərəh Pəhləvi xatırladıb ki, şah ailəsi ölkəni tərk edəndən sonra bir sıra beynəlxalq jurnalistlər Niavaran sarayında olub, oranın toxunulmaz qaldığını göstərən şəkilləri lentə alıblar. O həmçinin vurğulayıb ki, Məhəmmədrza Pəhləvi özünə məxsus “Şahin” kimi tanınan “Boeing 707” təyyarəsini də İrana verib.

Fərəh Diba Tehran rejiminin bu məsələni 43 il sonra gündəliyə gətirməsini onların rejimin dəyişə biləcəyi qorxusu ilə izah edib.

“Başlarının bəlada olduğunu və rejimin dəyişəcəyini bildiklərindən, keçmişə və Pəhləviyə maraq artdığından ləl-cəvahiratlardan bəhs etməyə başlayıblar”, - deyə Fərəh Diba qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Kənd təsərrüfatı təyinatlı torpaqların SATIŞI MƏHDUDLAŞDIRILIR

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Bakıda sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

Balıq ovu ilə bağlı QAYDALAR DƏYİŞİR – Yeni nəzarət MEXANİZMLƏRİ

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə ŞAD XƏBƏR

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Biləcəridə yol çökdü - AAYDA-dan açıqlama – VİDEO

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Fermerlərin NƏZƏRİNƏ – Bu xərclər dövlət hesabına qarşılanacaq

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Frilans işləyənlərin DİQQƏTİNƏ – Vergi qaydaları DƏYİŞİR

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Slovakiya Prezidenti: “Şuşada olmağımdan çox məmnunam”

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Braziliya Prezidenti Trampı "piratçılıqda" ittiham etdi – VİDEO

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər BELƏ TƏNZİMLƏNƏCƏK

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Peter Pelleqrini: “Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi olacaq”

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsi III oxunuşda QƏBUL EDİLDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Qarabağa gəldiyinə görə Slovakiya Prezidentinə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO