Burkina-Faso hökuməti Fransadan ordusunu bir ay ərzində ölkədən çıxarmağı tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Burkina Xəbər Agentliyi yayıb.
Bildirilib ki, hökumət ötən çərşənbə günü Fransanın ölkədəki hərbi mövcudluğunu tənzimləyən 2018-ci il 17 dekabr tarixli sazişi ləğv edib.
Qeyd edək ki, yanvarın 20-də Uqaduquda ölkədə Fransa qoşunlarının mövcudluğuna qarşı nümayiş keçirilib.
Bizim.Media