“Çelsi”nin futbolçusu Sesar Aspilikueta London klubunda 500-cü oyununa çıxıb.
Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bunu İngiltərə Premyer Liqasının 21-ci turunda “Liverpul”la matçda iştirak etməklə bacarıb.
İspan oyunçu klub tarixində 500-cü oyuna çıxan 6-cı və ilk əcnəbi futbolçu olub.
Qeyd edək ki, “Liverpul” - “Çelsi” görüşü qolsuz bərabərliklə başa çatıb.
Bizim.Media