İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiyası keçirilib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Madriddəki ofisindən məlumat verilib.
Məlumata görə, azı 30 min insanın iştirak etdiyi aksiya şəhər bələdiyyəsinin yerləşdiyi Sibeles meydanında başlayıb.
Bir çox iştirakçılar özləri ilə İspaniya bayraqları gətiriblər. Etirazçılar hökumətin istefasını tələb edən şüarlar səsləndiriblər. Həmçinin hazırkı baş nazir Pedro Sançesə qarşı da etirazlarını bildiriblər. Mitinqə bəzi yerli müxalifət siyasətçiləri də qatılıblar.
Bizim.Media