“Popun kralı” adlandırılan Maykl Cekson haqda bioqrafik film çəkiləcək.
Bizim.Media “joblo” nəşrinə istinadla xəbər verir ki, film Entoni Fukuanın rejissorluğu ilə lentə alınacaq.
Filmdə Maykl Ceksonun uşaqların dövrlərindən başlayaraq, ölümünə qədər keçdiyi həyat yolundan bəhs olunacaq. Mənbənin məlumatına görə, ekran işində Ceksonla bağlı irəli sürülən pedofiliya iddialarına da aydınlıq gətiriləcək.
Qeyd edək ki, film sənətçinin öz vəsaiti hesabına lentə alınacaq. Çəkilişin nə vaxt başlayacağı və əfsanəvi müğənnini kimin canlandıracağı hələlik məlum deyil.
Bizim.Media