Xəbər verdiyimiz kimi, yanvarın 1-dən İstanbulda qatı duman səbəbiylə dənizdə görmə məsafəsi azalıb və gəmilərin hərəkəti dayandırılıb.
Bizim.Media "Anadolu"ya istinadən məlumat verir ki, artıq Bosfor boğazında cənubdan şimal istiqamətinə hərəkət bərpa edilib.
Bildirilib ki, hazırda İstanbulda duman davam edir.
Qeyd edək ki, güclü duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanıb. Həmçinin, İstanbulda uçuşlar da ləğv edilib.
Bizim.Media