Ukrayna ordusunun Donets vilayətinin Makeyevka şəhərində Rusiya hərbçilərinin yerləşdiyi əraziyə HIMARS reaktiv yaylım atəş sistemi ilə zərbə endirməsi nəticəsində 63 rusiyalı hərbçi həyatını itirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bölgəyə 6 raket atılıb, onlardan ikisi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bizim.Media