Avstraliyanın şərq sahillərində, Qold Kost şəhərindəki “Sea World” əyləncə parkının yaxınlığında iki helikopter toqquşub.
Bizim.Media "abcnews"a istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Nəşrin məlumatına görə, 3 nəfərin vəziyyəti ağırdır.
Hadisə şahidlərinin sözlərinə görə, helikopterlərdən biri havaya qalxarkən, digəri isə eniş edərkən toqquşublar.
Bizim.Media