Bazar ertəsi qatı duman səbəbindən gəmilərin Dardanel boğazı ilə hərəkəti dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Gəmi Hərəkəti Xidməti İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, məhdudiyyətlər boğazdan hər iki istiqamətdə tranzitə şamil edilir. Bərə xidməti isə normal rejimdə işini davam etdirir.
Bizim.Media