Kiyev aldadıcı qələbə hisslərinə aldanmamalıdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri NATO baş katibi Yens Stoltenberq səsləndirib.
Onun sözlərinə görə, Ukrayna qoşunları bir neçə aydır əks-hücuma keçirib, lakin Rusiya hərbçiləri səfərbər edilib, sıralarını artırıb, səfərbər olunanların çoxu hazırda təlim keçir:
“Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya qoşunları hərbi əməliyyatlara hazırlaşır. Müharibə davam etdiriləcək və yeni hücum cəhdi olacaq”, - alyansın baş katibi bildirib.
Stoltenberq indiki vəziyyətdə Ukraynanın Qərbin hərbi dəstəyinə ciddi ehtiyacı olduğunu vurğulayıb.
Bizim.Media