Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Aleksandr Yermak məlumat verib.
Yermak qeyd edib ki, mübadilə çərçivəsində 140 ukraynalı vətənə qayıdıb:
“Əsirlərdən səkkizi qadındır. Geri qaytarılanlar arasında Baxmutun və Mariupolun müdafiəçiləri üstünlük təşkil edir”.
Bizim.Media