Rusiya ordusu bu gün səhər saatlarından etibarən Ukraynanın bir sıra şəhərlərinə, eləcə də paytaxt Kiyevə raket zərbələri endirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Kliçkonun sözlərinə görə, paytaxta edilən hücum zamanı yaponiyalı jurnalist yaralanb, o, xəstəxanaya yerləşdirilib:
“Ümumilikdə, təkcə Kiyevdə bu gün səkkiz nəfər mülki şəxs xəsarət alıb. Bu gün hücuma məruz qalan obyektlər arasında Kiyev şəhərinin mərkəzində yerləşən mehmanxana da olub. Nəticədə bina tamamilə yararsız hala düşüb”.
Bizim.Media