Böyük Britaniya Ukraynaya mina detektorları və minatəmizləmə avadanlıqları partiyası göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Böyük Britaniyanın növbəti yardım paketi Ukraynaya binaları və əraziləri minalardan təhlükəsiz şəkildə təmizləməyə kömək edəcək", - deyə müdafiə naziri Ben Uolles bildirib.
Müdafiə Nazirliyi tədarüklərin 2023-cü ildə də davam etdiriləcəyini bildirib.
Bizim.Media